Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç ölkəmizdəki fəaliyyətinə qiymət verib.
Azerisport.com portalına müsahibə verən xorvatiyalı mütəxəssis bu müddət ərzində çətinliklərləri göz önünə aldlığını söyləyib: “Mən Azərbaycan millisinin gücünü bilərək təklifi qəbul etdim. Bilirdim ki, sabiq komandam Norveçi məğlub edib, Almaniyaya böyük hesabla uduzub, Xorvatiya, Şimali İrlandiya və Kosovaya məğlub olub. San Marino və Malta kimi yarımhəvəskar komandaları məğlub etmək ölçü ola bilməz. Qrupda işimizin çətin olacağını bilirdim. Amma təbii ki, mən 1 xaldan artığına ümid edirdim. Mənim üçün rəqibin oyunçularının dünyanın nəhəng komandalarında oynaması önəmçli deyildi. Bəs bizim futbolçular harada oynayırdı? Yalnız Azərbaycan premyer liqasında”.
Yurçeviç qrupda Macarıstanla oyunda hakimin səhvini də qabardıb: “Mən hələ də əminəm ki, Budapeştdə hakim bizim 1 xalımızı oğurladı. Ancaq digər epizodlarda da dəqiq oynasaydıq, istədiyimiz nəticəni əldə edərdik. Güclü rəqiblərlə oyunda işimiz çətin oldu. Biz səfər oyunlarda xoş təsir bağışlayırdıq, rəqiblərə minimal hesabla uduzurduq, yalnız evdə Slovakiyaya darmadağın olduq. Statistikamız yaxşı olmadı, amma qrupumuzda da San Marino kimi rəqib yox idi”.
Xorvatiyalı mütəxəssis istefası haqda bunları söyləyib: “Heyf ki, daha 2-3 il gənc futbolçularla işləyə bilmədim. Üstəlik, mən ölkə xaricində oynayan azərbaycanlıları axtarırdım. Slovakiya ilə oyundan sonra istefaya göndəriləcəyimi anladım”.